Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2022 14:10
Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafiq Əzimov koronavirusa yoluxub.
Milli.az xəbər verir ki, bu barədə qaynarinfo-ya aktyorun özü məlumat verib.
Aktyor yanvarın 25-dən müalicə olunduğunu bildirib:
"Sonuncu dəfə teatrda "Dəli yığıncağı" tamaşasını oynadıq. Evə gələndə özümü piss hiss elədim. Həkim çağırdıq, müayinə elədilər, məlum oldu ki, virusa yoluxmuşam. Həkim nəzarəti altındayam. Yenidən ikinci testi vermişik, bu gün cavabı məlum olacaq. Heç yerə çıxmıram, fevralın 7-nə kimi teatr da bağlanıb".