Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2022 17:25
Dünyaca məşhur milyarder reper Kanye Uestin yeni sevgilisi Culiya Foksun Paris moda həftəsinə başıörtülü qatılması mübahisələrə səbəb olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Vogue France" nəşri 32 yaşlı aktrisanın fotosunu "Başörtüsünə hə" şərhi ilə paylaşıb. Bundan sonra şəkil sərt reaksiya ilə üzləşib. Belə ki, yaxın tarixdə idman yarışlarında baş örtüsünün qadağan edildiyi ölkədə məşhur moda jurnalının bu hərəkəti ikiüzlülük kimi qiymətləndirilib.
Paylaşıma münasibət bildirənlərdən biri isə idman müxbiri Şirin Əhməd olub. "Fransadakı bütün müsəlman qadınların idmanla məşğul olması qadağan olunduğu, başörtüsü hədəf alındığı ərəfədə "Vogue France" Culiya Foksun yaylığını təbrik edir" - deyə, sərt reaksiyasını bildirib.
Tənqidlərin ardından nəşr həmin ifadəni şərh yerindən silib.