Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kimə qarpız yemək olmaz?

Kimə qarpız yemək olmaz?

Tarix: 3 Fevral 2022 08:27

Qarpızın faydaları hamıya məlumdur. Lakin bəzi pozulmalar zamanı bu giləmeyvə nəinki fayda vermir, hətta insana ziyan vura bilər.

Bu pozulmalar hansılardır?

1. Saglamolun.az bildirir ki, 80%-i sudan ibarət olan qarpız güclü sidikqovucudur. Bu səbəbdən də qarpızın çoxlu miqdarda qəbulu  böyrəkləri yükləyir. Böyrəklərində ciddi problemləri olanlar, böyrək daşı xəstəliyindən əziyyət çəkənlər qarpız yeməməlidir.

2. 1-ci tip şəkərli diabet də qarpızın istehlakı üçün əks-göstəriş sayılır.

3. Mədə pozulmaları, ishal, bağırsaq iltihabı zamanı qarpız yemək olmaz.

4. Mədəaltı vəzi xəstəlikləri zamanı (kəskin dövrdə) qarpız ziyan vura bilər.

5. İstənilən mədə-bağırsaq xəstəliklərinin kəskin dövründə qarpız xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər.

6. Uşaq və hamilə qadınlar xüsusilə diqqətli olmalıdır. Qarpız tez-tez zəhərlənməyə səbəb olur və həmçinin onun tərkibində nitratlar ola bilər.

Bundan əlavə qarpızı yeməkdən dərhal sonra, acqarına və axşam saatlarında yemək olmaz. Mütəxəssislər qarpızı günorta yeməyindən 1 saat sonra yeməyi tövsiyə edirlər. Qarpızı hər hansı digər məhsulla birlikdə (çörək, pendir və s.) yeməyi tövsiyə edilmir. 


Etiketlər:  Kimə qarpız yemək olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ