Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bağçada uşaqlar arasında bakterial dizenteriya, skarlatina, sətəlcəm aşkarlanıb

Bağçada uşaqlar arasında bakterial dizenteriya, skarlatina, sətəlcəm aşkarlanıb

Tarix: 4 Sentyabr 2019 14:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında qeydə alınan xəstələnmə hallarının çoxu qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası ilə bağlı olub.

Trend-in məlumatına görə, 2018-ci il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqların xəstələnmə hallarının sayı 32891 olub. Onların 31505-i dövlət, 1386-sı qeyri-dövlət müəssisələrinin payına düşüb.

Müəssisələrdəki xəstələnmə hallarının 26034-ü 3 və yuxarı yaşda olan uşaqlar arasında qeydə alınıb.

Ümumilikdə ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində qeydə alınmış xəstələnmə hallarının 16933-ü qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası, 8008-i angina (kəskin tonzillit), 160-ı bədbəxt hadisə, zəhərlənmə və zədələr, 248-i sətəlcəm, 467-si bakterial dizenteriya, 149-u skarlatina, 6926-sı digərləri olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bağçada uşaqlar arasında bakterial dizenteriya skarlatina sətəlcəm aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ