Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir sıra ölkələrdən diri quş və yumurta idxalı məhdudlaşdırılıb

Bir sıra ölkələrdən diri quş və yumurta idxalı məhdudlaşdırılıb

Tarix: 3 Fevral 2022 18:50

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Tunisin Tunis və Kasserine Sud inzibati ərazi vahidlərində dabaq, Niger Respublikasının Niamey inzibati ərazi vahidində, İngiltərənin Şimal-Şərq İngiltərə regionunda və Nepalın Şərq əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Tunisin Tunis və Kasserine Sud inzibati ərazi vahidlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Nigerin Niamey inzibati ərazi vahidindən, İngiltərənin Şimal-Şərq İngiltərə regionundan və Nepalın Şərq əyalətindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Nepal, İngiltərə, Niger və Tunisdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Milli.Az


Etiketlər:  Bir sıra ölkələrdən diri quş yumurta idxalı məhdudlaşdırılıb


RƏYLƏR