Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Telman İsmayılova görə cəzalandırılan Monteneqrodan rəsmi açıqlama

Telman İsmayılova görə cəzalandırılan Monteneqrodan rəsmi açıqlama

Tarix: 4 Fevral 2022 08:24

Monteneqro Rusiyanın Monteneqro Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiyaya girişinə qoyduğu qadağaya cavab verməyəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Monteneqronun Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.

Daha əvvəl Moskva belə bir tədbiri Podqoritsanın Rusiya hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilmiş iş adamı Telman İsmayılova sığınacaq vermək qərarına cavab olaraq elan edib.

"Monteneqro heç bir cavab tədbiri tətbiq etməyəcək. Biz siyasi dialoqu davam etdirmək və bərabərlik və qarşılıqlı hörmət əsasında, qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlıq etmək əzmindəyik. Monteneqronun Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiya Federasiyasına girişinə qadağa qoyulmasına təəssüf edirik.

Biz bu qərarı əsassız hesab edirik, xüsusən də Monteneqronun mövcud qanunlarına görə, o, idarəetmə məsələləri ilə məşğul olmur. Bu isə o deməkdir ki, Milyaniç bu və bu kimi işlərlə bağlı qərarların qəbuluna daxil edilməyib.

Əcnəbilərin beynəlxalq müdafiəsi və onlara sığınacaq verilməsinin əhatə dairəsi əcnəbilərin beynəlxalq və müvəqqəti müdafiəsi haqqında qanun və ratifikasiya olunmuş beynəlxalq konvensiyalar, ilk növbədə İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə tənzimlənir", - bəyanatda deyilir.

Milli.Az


Etiketlər:  Telman İsmayılova görə cəzalandırılan Monteneqrodan rəsmi açıqlama


RƏYLƏR