Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gecə saatlarında dəhşətli hadisə: Geyinilmiş paltar götürmək istədi amma... - VİDEO

Gecə saatlarında dəhşətli hadisə: Geyinilmiş paltar götürmək istədi amma... - VİDEO

Tarix: 5 Fevral 2022 01:22

Türkiyədə işlənmiş paltar və ayaqqabı qutusundan paltar almaq istəyən şəxs girdiyi mexanizmə ilişərək həyatını itirib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, hadisə Bursa şəhərində gecə saatlarında baş verib.

Məlumata görə Ukrayna vətəndaşı işlənmiş geyim və ayaqqabı qutusundan əşyalar almağa cəhd edib. Bu zaman başı mexanizmə ilişən 30 yaşlı Behpaşa Tamazovu bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb və hadisə yerində dünyasını dəyişib.

Hadisə yeri araşdırma qrupu gələrək Tamazovun cansız bədənini dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün Bursa Ədliyyə Tibb Təşkilatı Morquna aparıblar. Fakt ilə bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Gecə saatlarında dəhşətli hadisə Geyinilmiş paltar götürmək istədi amma VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ