Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Firəngiz Mütəllimovanın Şuşadakı evindən görüntülər - VİDEO

Firəngiz Mütəllimovanın Şuşadakı evindən görüntülər - VİDEO

Tarix: 5 Fevral 2022 16:50

Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə yeni video paylaşıb. 

Sonxeber.net xəbər verir ki, sənətçi instaqram hesabında Şuşada ermənilər tərəfindən darmadağın edilən evinin görüntülərini yayımlayıb. 

Xalq artisti paylaşdığı videoya bunları da əlavə edib:

"Şükür bu günə, Şuşama, torpağına, dağılmış evimizə, ağacları yox olan həyət bacamıza, yağan qarına... Evlər tikiləcək, inşallah yenidən torpaqlarımıza qayıdacağıq. Hər fəsilini doya-doya yaşayacağıq... Sən artıq azadsan, mənim müqəddəs Şuşam. Sənin həsrətində olan hər bir kəsə bu torpağa ayaq basmağı arzulayıram. Təki salamatçılıq olsun.

Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə Allahdan şəfa diləyirəm. Ali Baş Komandanımıza, əsgərlərimizə, şanlı ordumuza var olun deyirəm. Şanlı tarixi bizə canli yaşatdığınız üçün yaşasın, müstəqil Azərbaycan!".


Etiketlər:  Firəngiz Mütəllimovanın Şuşadakı evindən görüntülər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ