Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kimyaterapiya zamanı evdə ilk yardım dəsti: Hansı dərmanlar olmalıdır?

Kimyaterapiya zamanı evdə ilk yardım dəsti: Hansı dərmanlar olmalıdır?

Tarix: 5 Fevral 2022 19:06

Kimyaterapiya zamanı xəstələrin əsas qorxularından biri təsadüfən tibbi yardımsız qalmaqdır. Bir çox xəstələr evdən kənarda müalicə alırlar ki, bu vəziyyəti daha da çətinləşdirir.

Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, xəstə müalicədən hansı yan təsirlərin gözlənilə biləcəyini və onlarla necə mübarizə aparacağını biləndə daha asan və daha inamlı olur.

Müalicənin toksikliyi kimyaterapiyanın rejimindən asılıdır. Lakin bəzi yan təsirlər - ürəkbulanma, ishal və s. əksər kimyaterapiya dərmanlarına xasdır.

Evdə xoşagəlməz hadisələr baş verdikdə, həkimlə tez təmasda olmaq mümkün olmadıqda, bəzi dərmanlar xəstə və onun yaxınları üçün əl altında olmalıdır.

Kimyaterapiya müalicəsi alan xəstə üçün evdə və səyahətdə ilk yardım dəstində nələrin olmalıdır?

Evdə ilk tibbi yardım dəsti üçün dərmanların seçilməsi, onların tətbiqi sxemi, tətbiq üsulları və dozaları barədə qərar yalnız məsul onkoloqla məsləhətləşmədən sonra fərdi risklər, müşayiət olunan xəstəliklər nəzərə alınmaqla qəbul edilməlidir.

Bütün kimyaterapiya dərmanları ürək bulanmasına səbəb olmur. Buna baxmayaraq, kimyaterapiyadan əvvəl və terapiya zamanı ürəkbulanma və qusmanın qarşısının alınması məcburidir ki, bu da yalnız dərmanların qəbulu zamanı deyil, həm də sonrakı dönəmdə ürəkbulanma riskini azaltmağa kömək edir.

Tez-tez onkoloji xəstələrə evdə Metoklopramid və Ondansetronun qəbul edilməsi tövsiyə olunur (oral tətbiq üçün tabletlər, əzələdaxili və ya venadaxili tətbiq üçün məhlul).

Kimyaterapiya kursundan sonra bəzi xəstələrdə ishal problemi ola bilər. Buna qarşı Loperamid tövsiyə oluna bilər.

İshal xəstənin kalium, natrium və maqnezium kimi çoxlu maye və elektrolit itirməsinə səbəb ola bilər. Belə hallarda, adətən, rehidratasiya (mayelərin və elektrolitlərin doldurulması) üçün həllərdən istifadə etmək tövsiyə olunur.

Evdəki dərman çantasında ən təhlükəsiz reseptsiz ağrı kəsicilərindən Parasetamol və İbuprofen kimi qeyri-steroid antiinflamatuar dərmanların olması məsləhətdir.

Bəzən xəstələrdə kimyaterapiya kursları arasında qəbizlik halı yaşanır. Qəbizlik nadir hallarda olan yan təsirdir, lakin oturaq həyat tərzində və müalicədən əvvəl qəbizlik keçirmiş xəstələrdə baş verə bilər.

Müəyyən hallarda bağırsaqlarınızın rahatlığı üçün dərman çantanızda işlətmə vasitələri olmalıdır: Laktuloza, Qliserin süpozituarları, Mikroklysterlər və bəzi hallarda Bisakodil, Senna preparatları və Natrium pikosülfat.

Qanda kimyaterapiya müalicəsi fonunda immun sisteminin hüceyrələrinin - leykositlərin və xüsusilə onların növlərindən biri - neytrofillərin sayı azala bilər.

Bu hal o qədər də zərərli deyil, lakin bəzi xəstələrdə neytrofillərin düşməsi zamanı yoluxucu bir proses və febril neytropeniya kimi bir komplikasiya (neytrofillərin həddindən artıq aşağı səviyyəsində temperaturun yüksəldiyi bir vəziyyət) inkişaf edə bilər. Bu vəziyyətdə antibiotik terapiyası tələb olunur.

Evdə ilk yardım dəsti üçün üstünlük verilən antibakterial dərmanlar onkoloqla müzakirə edilməlidir.

İnsənilən vəziyyətdə, ən çox rast gəlinən mənfi hallarla necə mübarizə aparacağınızı onkoloqunuzla məsləhətləşməyiniz məsləhətdir.


Etiketlər:  Kimyaterapiya zamanı evdə yardım dəsti Hansı dərmanlar olmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ