Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ön çarpaz bağ zədələnmələri necə baş verir? - Həkim osteopatdan İZAH

Ön çarpaz bağ zədələnmələri necə baş verir? - Həkim osteopatdan İZAH

Tarix: 5 Fevral 2022 20:27

"Diz oynağının müxtəlif mənşəli travmaları arasında çarpaz bağın tam və ya hissəvi yırtıqları əsas yer tutur".

Tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov ön çarpaz bağ zədələnmələri ilə bağlı maarifləndirici məlumat paylaşıb.

"Çarpaz bağ ön və arxa olmaqla 2 ədəddir, onlar bud və qamış sümükləri arasında çarpaz şəkildə yerləşirlər", - deyən həkim ön çarpazın bağ oynağını fiksə etdiyini və qamış sümüyünün hərəkətlər nəticəsində önə doğru yerdəyişməsini əngəllədiyini diqqətə çatdırıb:

"Arxa çarpaz bağ - dizin arxaya doğru patoloji yerdəyişməsinin qarşısını alır. Ön çarpaz bağ anatomik xüsusiyyətlərindən dolayı daha çox yüklənməyə məruz qalır, bu səbəbdən arxa çarpaz bağdan daha çox zədələnmələrinə rast gəlinir".

Bu patologiya insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır. Belə ki:

- Travma nəticəsində çarpaz bağların tam və ya hissəvi yırtığı əmələ gəlir ki, bu da diz oynağının normal funksiyasına mane olur;

- Oynağın bir çox elementlərinin sabitliyinin və stabilliyinin pozulması;

- Oynaqda yaranmış ödem səbəbindən hərəkət məhdudiyyətinin yaranması;

- Oynaqda yaranmış güclü ağrı sindromu və qeyri-stabillik;

- Travmaya məruz qalmış diz oynağı artıq dayaq funksiyasını yerinə yetirmir.

Osteopat əlavə edib ki, hər iki çarpaz bağın tamlığının pozulması - oynağın qanla təchizatının zəifləməsinə gətirib çıxarır (hemartroza səbəb olur) ki, bu da bağların müalicəsiz bərpasını imkansız edir.


Etiketlər:  çarpaz bağ zədələnmələri necə baş verir Həkim osteopatdan İZAH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ