Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İnstaqramda şəkil paylaşmağa utanıram” - Xalq artisti

“İnstaqramda şəkil paylaşmağa utanıram” - Xalq artisti

Tarix: 7 Fevral 2022 13:55

Xalq artisti Zülfiyyə Xanbabayeva "Səhərin gözü" verilişində açıqlamaları ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, instaqramda tez-tez paylaşım etməkdən utandığını söyləyib:

"Mən tez-tez şəkil paylaşmaqdan utanıram. Mənə başa salırlar ki, bur normal bir şeydir. Bilmirəm, nədənsə indi öyrəşməyə başlamışam".

Müğənni aparıcı Cahid Şahbazovun "Miri Yusifi izləyirsinizmi" sualına belə cavab verib:

"Miri Yusifi izləmirəm. İnsanlar var münasibətlərini instaqram üzərində qurublar. Mənim üçün bu, boş bir şeydir. Ümumiyyətlə instaqramla nə səhnəyə gəlmişəm, nə də dostluğumu qurmuşam. Kim kiminləsə küsür, danışmır blok edir. Belə şeylərdən tamamilə uzağam".

Milli.Az


Etiketlər:  İnstaqramda şəkil paylaşmağa utanıram Xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ