Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2022 23:28
Böyük Britaniyanın Baş naziri Boris Conson müxalifət və öz partiyasından olan bəzi deputatların onu istefaya səsləməsinə mahnı ilə cavab verib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Conson Qloriya Qaynorun məşhur "I Will Survive" (Sağ qalacam) mahnısını oxuyub.
Bu barədə kommunikasiya direktoru vəzifəsinə təyin olunan Quto Harri Uels xəbər saytı "Golwg360"a danışıb.
Vaxtilə BBC müxbiri olan Harri deyib:
"İçəri girib salam verdim və "Baş nazir, Quto Harri vəzifəyə başladığını bildirir", - dedim, o, masasının arxasından qalxıb məni salamladı. İkimiz də gülürdük. Sonra mən dedim ki, "Boris, sağ qalacaqsan?". O, "sağ qalacağam" ifadəsi ilə mahnı oxumağa başladı".
Baş nazirin sözçüsü Harri ilə görüşdə Consonun Qloriya Qaynorun mahnısını oxuyub-oxumadığı sualına, "Mən şəxsi söhbətlərin təfərrüatına varmayacağam, amma bildiyiniz kimi, onlar keçmiş həmkarlardır", - deyib.
Qeyd edək ki, Conson siyasətə gəlməmişdən əvvəl jurnalist olub.
Xatırladaq ki, Conson COVID-19 məhdudiyyətlərinin pozulmasına görə ən azı 17 partiya ilə problem yaşayır. Bunlara 19 iyun 2020-ci ildə Consonun ad günü şənliyi və 20 may 2020-ci ildə baş nazirin bağçasında Consonun iştirak etdiyi tədbir daxildir.