Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2022 22:30
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan yığmamız hazırlıq prosesi çərçivəsində 3-cü matçına çıxıb.
Komandamız "Antalyaspor-2" ilə üz-üzə gəlib. Qarşılaşma Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Millimizin heyətində Ayxan Süleymanov fərqlənib.