Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2022 01:25
Aparıcı Vüsalə Əlizadə maraqlı etirafı ilə gündəmə gəlib.
Sonxeber.net xəbər verir ki, o, aparıcısı olduğu "7 canlı" verilişində azərbaycanlı aktyorların peşəkarlığından danışıb. Əlizadə mərhum Xalq artisti Muxtar Maniyevin oynadığı rolları peşəkarcasına canlandırdığını deyib və onunla bağlı etiraf edib:
"Rolu elə canlandırırsan ki, tamaşaçı səni həyatda da o insan kimi görür. Biz uşaqlıqdan belə böyümüşük. Bizim dəyərli aktyorlarımız mənfi rolları o qədər peşəkarcasına ifa ediblər ki... Mən illər sonra Universitetdə oxuyanda dəyərli sənətkarımız Muxtar Maniyevi sevməyə başladım. Amma o, mənfi obrazları elə canlandırmışdı ki, mənim içimdə ona qarşı nifrət var idi".