Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2022 08:24
Ötən ilin noyabrında arvadını çəkiclə vuraraq öldürmək istəyən Bakı sakini Sərdar Namazovun məhkəməsi başlayır.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş vermişdi. Belə ki, qəsəbə sakini 1969-cu il təvəllüdlü Gülnarə Namazovanın əri 1957-ci il təvəllüdlü Sərdar Namazov şəxsi münasibətlər zəminində arvadının baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürməyə cəhd etmişdi.