Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2022 08:50
İspaniyada fevralın 10-dan etibarən açıq havada maska taxmaq məcburiyyəti ləğv edilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, yeni qərara əsasən məktəblərdə də tənəffüs vaxtı maskadan istifadə məcburi olmayacaq. Bu, yoluxanların və xəstəxanaya yerləşdirilənlərin sayının azalması ilə əlaqələndirilir. Bununla belə, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda və sosial məsafənin saxlanılması mümkün olmayan yerlərdə maskadan istifadə məcburiyyəti qüvvədə qalır.