Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2022 08:54
Ağ Evinin mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ "Şimal axını - 2" layihəsinə qarşıdır və Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə layihənin reallaşmasına imkan verməyəcək.
"Biz "Şimal axını - 2" layihəsini dəstəkləmirik. Biz konkret demişik ki, Rusiyanın bu geosiyasi layihəsi Avropanın böyük hissəsinin milli təhlükəsizliyini təhdid edir", deyə Psaki gündəlik brifinqdə bildirib.