Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soljenitsının arxivi hərracda 59 min dollara satılıb

Soljenitsının arxivi hərracda 59 min dollara satılıb

Tarix: 10 Fevral 2022 18:56

Rusiyalı yazıçı Aleksandr Soljenitsının arxivi hərracda 4,4 mln. rubla (59 min ABŞ dolları) satılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "12-ci stul" hərrac evinin açıqlamasında deyilir.

"Ən bahalı lot müəllifin imzası və əl düzəlişi olan "Arxipelaq QULaq" romanının çap versiyası olub. Bu əsər 350 min rubl (4,7 min dollar) başlanğıc qiymətlə 1,3 mln. rubla (17,4 min dollar) satılıb", - hərrac evi bildirir.

Ümumilikdə, hərrac zamanı arxivin qiyməti 1,76 mln. rubldan (23,5 min dollar) 4,4 mln. rubla yüksəlib. Arxivə avtoqraflar, müəllif yazıları, proqram işlərinin orijinal variantlarının çap versiyaları daxildir.

Xatırladaq ki, yazıçı, dramaturq, şair və publisist olan Aleksandr Soljenitsın (1918-2008) SSRİ, İsveçrə, ABŞ və Rusiyada yaşayıb-yaradıb. 1970-ci ildə o, "böyük rus ədəbiyyatı ənənəsindən əldə edilən mənəvi gücə görə" Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb. Yazıçının ən məşhur əsərləri sırasında "Arxipelaq QULaq", "Birinci dairədə", "Qırmızı çarx", "Matryonanın həyəti", "İvan Denisoviçin həyatında bir gün", "Xərçəng korpusu" kimi əsərlər yer alıb.

Milli.Az


Etiketlər:  Soljenitsının arxivi hərracda dollara satılıb


RƏYLƏR