Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur cütlüyün geyimi növbəti dəfə tənqidə tuş gəldi - FOTO

Məşhur cütlüyün geyimi növbəti dəfə tənqidə tuş gəldi - FOTO

Tarix: 10 Fevral 2022 19:40

Türkiyənin məşhur cütlüyü Eser və Berfu Yenenler 14 fevral - "Sevgililər günü" ilə əlaqədar yerli jurnallardan biri üçün obyektiv qarşısına keçib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, cütlük bu dəfə də geyimləri ucbatından tənqidlərə tuş gəlib. Fotosessiyaya fərqli libaslar seçən ikilinin budəfəki tərzi aparıcı Bilgehan Demir tərəfindən bəyənilməyib. O, fotoya "Geyindiyiniz heç bir libas sizə yaraşmırsa, daha pisini geyinin" şərhini bildirib.

Eserin aparıcıya cavabı gecikməyib. O, "Etdiyiniz heç bir iş tutmursa, insanlara daha çirkin şərhlər edin, onlar tutacaqdır" sözləri ilə fikrini ifadə edib. Lakin ikili arasında atmaca bununla da kifayətlənməyib. Demir "Özünlə qarışdırma iş tutdura bilmə söhbətini. 15 ildir boksda zirvədəyik. Şərhim də yetərincə yaxşı idi. Niyə xətrinə dəydi ki?" sualını Eserə ünvanlayıb.

Qeyd edək ki, bir müddət əvvəl "Altın kelebek"ə tanınmış markanın saxta ayaqqabısı ilə qatıldığı üçün Berfu modelyer Pelin Kayanın tənqidinə məruz qalmışdı.


Etiketlər:  Məşhur cütlüyün geyimi növbəti dəfə tənqidə tuş gəldi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ