Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heyvandan aşaği və ya mələkdən üstün bir həyat seçimi

Heyvandan aşaği və ya mələkdən üstün bir həyat seçimi

Tarix: 10 Fevral 2022 21:42

Həyatımızda pis insanların heyvanlara, yaxşı insanların isə mələklərə bənzədilməsinə hər birimiz şahid olmuşuq. Əslində bununla qismən razılaşmaq olar. Qurandakı yanaşmaya nəzər yetirdikdə isə, vəziyyətin biraz fərqli, daha da kəskin olduğunu görürük. Haqq sözə qulaq asmayan, nəfsinin qulu olan pis insanlar, nəinki heyvan, hətta ondan daha aşağı dərəcəyə ("bəl hum ədal" - بل هم أضل) aid ediliblər. Uca Allah buyurmuşdur:

"Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar)." (Quran, 25/44)

Maraqlısı budur ki, haqq sözə qulaq asan, Allahdan qorxan (yaxşı) insanları "mələk kimi" vəsf edərək tərifləsək də, Uca Allah həmin mələklərə, "Adəmə səcdə edin!" (اسجدوا لِآدم) - deyə əmr etmiş, bir sözlə, (yaxşı) insanı mələk'dən daha üstün dərəcəyə qaldırmışdır. Uca Allah belə buyurmuşdur:

"Biz mələklərə: "Adəmə səcdə edin! - dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu." (Quran, 2/340)

Rəbbimiz insan adlı varlığı, yaratdığı bütün məxluqatdan üstün dərəcəyə qaldırmış və dünyanı, onun xidmətinə vermişdir. İnsanın üzərinə düşən - bunun fərqinə vararaq, onu bu cür sevən və ucaldan Yaradana qarşı boyun əyərək, Ona layiqli bir bəndə olmasıdır. İnsan yalnız bu halda, təmiz və saf hesab etdiyimiz mələklərdən daha üstün bir dərəcəyə ucalaraq, xoşbəxtliklə dolu və heç bir sıxıntının əsla olmayacağı sonsuz bir həyat olan Cənnətin sakinlərindən ola biləcək. İnsan üçün bundan daha ali bir məqam yoxdur.


Etiketlər:  Heyvandan aşaği mələkdən üstün həyat seçimi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ