Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Başqasının yerinə həbsxanada yatdım'' - Əməkdar artistin oğlu

''Başqasının yerinə həbsxanada yatdım'' -  Əməkdar artistin oğlu

Tarix: 11 Fevral 2022 04:35

"Səsimin dəyişən ərəfəsində çadır toylarında oxuyurdum. Pul qazanırdım, sevinirdim. Ağlıma da gəlmirdi ki, özümü bədvəxt, səsimi heç edirəm. Deyilənlərə qulaq asıb, 3 il oxumasaydım, səsimi qorusaydım, indi Azərbaycanı dünyanın böyük səhnələrində təmsil edərdim".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu szöləri Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanoğlu "Söhbət musiqidən gedir" proqramında deyib. O bildirib ki, illər əvvəl başqasının günahını boynuna götürərək həbsxanada yatıb:

"Pulun olanda ətrafına çox adam yığışır, qardaşım, canım deyir. Bir də ayılırsan ki, qardaş da, o insanlar da, pullar da yoxdur. Özündə bataqlığın dibindəsən. Ordan çıxmaq üçün ip lazımdır, pul olmalıdır. Yolumu azana qədər qazandığımı evə gətirirdim. Sonra yolumu azdım... Günlərlə yox olurdum, evdən axtarırdılar.

Başıma oyun açıblar. Elə adam olub ki, onun yerinə həbsxanada yatmışam. Gözümün qabağında ağlayıb, demişəm subayam, onun balası var, gedim yatım həbsdə. Ağıllananda dedim niyə etdim? Həbsdən çıxandan sonra mənə pul da verməyəcək, ailəmə baxmayacaq. Heç ailəsi onu saymırmış da...".

Qeyd edək ki, Emil iki dəfə həbsxanaya düşüb. Emil 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək 6 il azadlıqdan məhrum edilib. 4 ildən sonra o, yenidən həbs olunub.


Etiketlər:  Başqasının yerinə həbsxanada yatdım Əməkdar artistin oğlu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ