Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəbli qızı vuran şəxsin digər əməlləri də üzə çıxdı - VİDEO

Məktəbli qızı vuran şəxsin digər əməlləri də üzə çıxdı - VİDEO

Tarix: 11 Fevral 2022 11:06

Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran 29 yaşlı Əhməd Hüseynov saxlanıldıqdan sonra onun eyni əməli digər xanımlara qarşı da törətdiyi üzə çıxıb.

Sonxeber.net xəbər verir ki, bununla bağlı DİN Mətbuat Xidməti videogörüntüləri yayıb.

Ə.Hüseynovun xuliqanlıq əməllərini daha əvvəldən törətsə də, məsələ məktəbli qızın atasının "Qafqazinfo"ya müraciətindən sonra ictimailəşib və təqsirkar şəxs tutulub.

O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib. İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin  221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə istintaq hərəkətləri aparılır.


Etiketlər:  Məktəbli qızı vuran şəxsin digər əməlləri üzə çıxdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ