Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu, baş versə, robotlar dünyanı ələ keçirəcək - VİDEO

Bu, baş versə, robotlar dünyanı ələ keçirəcək - VİDEO

Tarix: 11 Fevral 2022 15:40

Dünyanın 30 faizə yaxını virtual həyatla yaşayır.

Sonxeber.net xəzərxəbər-ə istinadən xəbər verir ki, bunu texnika elmləri doktoru, "Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti, dünya şöhrətli alim Rafiq Əliyev deyir.

Robotlar insandan ağıllı olacaq. Bundan şübhəm yoxdur. Robotlar qərar  qəbul edəndə də öyrənir. Vaxt gələcək robotlar insanın dediyinə tabe olmayacaq. Bəşəriyyətin ən böyük qorxusu robotların üsyanıdır.

Rafiq Əliyev  bildirib ki, əgər qarşısı alınmasa 2050-2060-cı illərdə bunun baş verəcəyini bildirib.

Əgər elmdə əxlaq olmasa, inkişaf dünyanın, insanlığın sonu olacaq. Mən demirəm ki, siyasətdə əxlaq olsun, amma elmdə olmalıdır. Eynşteyn qəti istəməzdi ki, Xirosimaya atom bombası atılsın. O, buna görə çox peşman oldu ki, axı, mən nəzəriyyəni bunun üçün yaratmamışdım! Bu gün robotlar çox inkişaf edir, demək olar ki, əksər işləri bacarırlar. Amma Allah eləməsin, onlara bu gün həddən artıq ağıl versən, dünyanı da ələ keçirərlər.


Etiketlər:  baş versə robotlar dünyanı ələ keçirəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ