Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşa Bəyannaməsinin əleyhinə səs verən türk deputatlar - FOTOlar

Şuşa Bəyannaməsinin əleyhinə səs verən türk deputatlar - FOTOlar

Tarix: 11 Fevral 2022 20:38

Dostların, düşmənlərin tam bəlli olduğu bir zamandayıq. Türkiyə-Azərbaycan qardaşlığından narahat olan, buna qarşı xain projelərdə yer alanlar özlərini ifşa etməkdə davam edirlər.

Bir tərəfdən bu yaxşıdır, çünki hansısa bir dönəmdə müxtəlif cildlərə girənlər indi pərdələnə bilmirlər, onları açıq oynamağa məcbur edən dairələr var. Daha dəqiqi, bu oyunda gizlində qalmaq, qılaflanmaq mümkün olmur.

Sonxeber.net Yeni Müsavat-a istinadla xəbər verir ki, paralel olaraq bu prosesdə ən azı özünün siyasi mövcudluğunu qorumaq üçün sivil xətt tutacağına ümid bəslənilən dairələrin də anti-türk, anti-Türkiyə, anti-Azərbaycan mahiyyətinin dəyişmədiyi təsdiqini tapır.

Çox həssas bir dönəmdir: Həm bölgəsəl, həm də dünyada gedən proseslər baxımından. Bu mərhələdə özünü yandıran, xain projelərdə yer alan təşkilatlardan biri də Türkiyədəki Xalq Demokratik Partiyasıdır (HDP).

Azərbaycanla Türkiyə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki həftə öncə Azərbaycan Parlamentində, fevralın 3-də isə Türkiyə Böyük Millət Məclisində təsdiqləndi. (Bu gün, 11 fevralda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı qərarı imzaladı!)

TBMM-nin spikeri Mustafa Şentopun imzası ilə parlament sədrliyinə təqdim olunan layihənin lehinə 266 millət vəkili, əleyhinə isə 11 deputat səs vermişdi. Həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətində bu layihənin əleyhinə səs verənlərin, habelə bitərəf qalan, səs verməyən deputatların kimliyi, onların bu davranışlarının səbəbi barədə suallar ortaya çıxdı. Təbii, hər kəs onları "ayıb olsun" dedi və bu deputatların kimlikləri, hansı kəsimi, siyasi dairəni təmsil etdiyi maraq doğurmağa, incələnməyə başlandı.
Əldə etdiyimiz məlumata görə, iki qardaş ölkə arasında imzalanan bu tarixi, strateji əhəmiyyətli sənədə səs verməyən deputatların hamısı HDP-nin üzvləridir!

Bölgədə yeni düzən, şərtlər formalaşdıran, bu cür mühüm Şuşa Bəyannaməsinin əleyhinə çıxanlar konkret kimlərdir?

Musavat.com onların siyahısını təqdim edir:

1.Tulay Hatimoğulları Oruç

Tulay.jpg (120 KB)

2. Abdullah Koç

abdullah.jpg (8 KB)

3. Filiz Kerestecioğlu Demir

filiz.jpg (7 KB)

4. Kemal Bülbül

kemal.jpg (177 KB)

5. Oya Ersoy

oya.jpg (29 KB)

6. Hakkı Saruhan Oluç

hakkı.jpg (9 KB)

7. Ömer Faruk Gergerlioğlu

ömər.jpg (156 KB)

8. Gülüstan Kiliç Koçyiğıt

gulustan.jpg (31 KB)

9. Ömer Öcalan

öcalan ömər.jpg (47 KB)

10. Muazzez Orhan İşik

muazzez-orhan.jpg (16 KB)

11. Mehmet Rüştü Tiryaki

mehmetn rustu.jpg (5 KB)

                    ***

Ədalət, obyektivlik və tarix naminə qeyd edək ki, HDP-nin 45 üzvü layihənin lehinə səs veriblər. Sağ olsunlar, ən azı bu şəxslər digər partiyadaşları kimi tarixdə lənətlənməyəcək.

Buradan belə nəticəyə də gəlmək olur ki, HDP-yə Türkiyə siyasətində yer almaq üçün yaradılan şərtlər, şəraitdən doğru nəticə çıxarmayan, radikallıq və anti-Türkiyə mövqeyində qalmaqda davam edənlər heç də az deyil. Digər bir qənaət odur ki, HDP daxilində iki qrup var və onlardan biri iddia edildiyi kimi, PKK-nin siyasi qolu olaraq mahiyyətini dəyişmək istəmir və üstəlik yaranmış fürsətdə Qərbdən idarə olunan, xain antitürk projelərdə yer almaqda davam edirlər. Bu məsələni heç şübhəsiz ki, Türkiyə xüsusi xidmət orqanları diqqətə almalıdır. Eyni zamanda siyasi çevrələr də buna xüsusi diqqət etməlidir.

Bütün hallarda görünən budur ki, HDP sapıq bir siyasət sərgiləyir. 11 partiya deputatının Şuşa Bəyannaməsinin əleyhinə səs verməsindən öncə ötən il Türkiyə hərbçilərinin Azərbaycana göndərilməsinə dair Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə Böyük Millət Məclisinə ünvanladığı memorandum parlamentdə müzakirəyə çıxarılan zaman səsvermədə iştirak edən beş partiyadan dördü qərarın lehinə səs verib. AKP, MHP, CHP və İYİ Partiya birmənalı şəkildə türk əsgərinin Azərbaycana gəlişini dəstəkləyib.
Yalnız terror mahiyyətli HDP sənədin əleyhinə səs vermişdi. Bu, HDP-nin separatizmə dəstək verməsinə dair növbəti fakt kimi onların aktivinə yazılıb.

Habelə, İkinci Qarabağ Savaşı zamanı HDP-li deputat Garo Paylan sərsəm bir açıqlama ilə çıxış etmişdi. Burada bir məqamı qeyd edək, Paylan erməni əslillidir, HDP onu bağrına basıb. O, məhz HDP-nin bayrağına sarılaraq müqəddəs Qarabağ savaşını gözdən salmağa, bu müharibənin guya hansısa siyasi məqsədlərə xidmət etdiyinə dair xəyanətkar çıxış etmişdi. Üstəlik Ermənistanın Gəncəni bombalamasına, dinc insanları öldürməsinə bəraət qazandırmağa çalışmışdı.
Habelə, 2016-ci ilin Aprel döyüşləri zamanı da HDP ermənipərəst mövqe sərgiləmişdi...

Aydın olan budur ki, HDP-nin siyasi fəaliyyəti yalnız və yalnız türk düşmənlərini dəstəkləmək, türk dünyasına zərbə vurmaqdır. Siyasi meydana da məhz bundan ötrü gətiriliblər - "beşinci kolon" funksiyası yerinə yetirirlər.

HDP rəhbərliyi özünü nə qədər sığortalamağa çalışsa da, bu yaramazlıqlar onun bayrağı altında reallaşdırılır. Bu təkcə mənəvi xəyanət deyil, açıq aşkar xain projelərdə aktivləşməkdir. Bəzi hallarda, konkret Şuşa Bəyannaməsinə münasibətdə davranışlarından PKK ilə HDP-nin arasında hansısa fərq görmək olmur. Bu siyasət isə onlara yaxşı heç nə vəd etmir. Türkiyədə sivil kürd xalqı da onlara öz etirazını bildirməlidir.


Etiketlər:  Şuşa Bəyannaməsinin əleyhinə səs verən türk deputatlar FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ