Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2019 12:16
“Twitter” sosial şəbəkəsinin istifadəçiləri bir müddət SMS-in köməyilə telefondan tvit yaza bilməyəcəklər. Bu haqda 4 sentyabrda sosial şəbəkənin korporativ hesabında məlumat verilib.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, "biz hesabları kənar müdaxilələrdən qorumaq üçün müvəqqəti olaraq SMS və ya mətn mesajı vasitəsilə tvit yazmaq imkanını deaktiv edirik" – mesajda deyilir.
Bildirilib ki, sözügedən funksiya tezliklə bərpa ediləcək.
Emil Hüseynov