Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi” “Sabah”la üz-üzə

“Neftçi” “Sabah”la üz-üzə

Tarix: 12 Fevral 2022 08:02

Bu gün Azərbaycan kubokunda daha bir matç baş tutacaq.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində növbəti qarşılaşma "Bank Respublika Arena"da keçiriləcək.

İkinci yarımfinalçı "Sabah"la "Neftçi"nin duelində bəlli olacaq. İlk qarşılaşmada qollu heç-heçə edən Bakı klubları növbəti mərhələyə vəsiqə üçün mübarizə aparacaq. Qış fasiləsindən sonra qələbə həsrətində olan "Neftçi" bu il uduzmayan rəqibini dayandırmağa çalışacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunlarına sabah yekun vurulacaq. 

Azərbaycan kuboku
1/4 final, cavab oyunu
12 fevral (şənbə)
16:00. "Sabah" - "Neftçi"

Baş hakim: Rəvan Həmzəzadə
"Bank Respublika Arena"
İlk oyun - 1:1


Etiketlər:  Neftçi Sabahla üzə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ