Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2022 13:22
Türkiyəli şoumen Eser Yenenler Armağan Çağlayanın "YouTube" da yayımlanan verilişində qonaq olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktyor açıqlamaları ilə diqqət çəkib. Artıq çəkisi ilə tez-tez gündəmə gələn Yenenler 27 ildir pəhrizdə olduğunu deyib:
"Çox iştahlı biri deyiləm. Orqanizmim məktəb illərində pozuldu. 95-dən 75 kiloqrama düşdüm. Artıq 27 ildir pəhriz saxlayıram. Bu qədər yeyəcəksən deyiləndə, qadağa qoyulduğunu hiss edirəm. Hazırda başqa bir üsul tapmışam, yaxşı davam edir".