Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2022 13:38
Sinqapur Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ukraynadakı vətəndaşlarına dərhal bu ölkənin ərazisini tərk etməyi tövsiyə edib. Rəsmi müraciət nazirliyin sosial şəbəkə hesablarında dərc olunub.
Müraciətdə deyilir:
"Ukraynada və ətrafında gərginlik artır. Bu ölkədə olan Sinqapur vətəndaşlarına Ukraynanı təcili tərk etmələrini tövsiyə edirik".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, həmçinin qeyd edilir ki, silahlı münaqişə vəziyyətində Sinqapur Ukraynadakı vətəndaşlarına kömək etməyə bilər, çünki bu ölkədə diplomatik missiyası yoxdur.
Xatırladaq ki, bəzi dövlətlər vətəndaşlarına Ukrayna ərazisini tərk etmələri barədə xəbərdarlıq ediblər.