Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2022 16:45
Sərxan Sərxan 30 il sonra onlarla Malaxovun şousunda görüşdü
Xalq artisti Sərxan Sərxan Andrey Malaxovun "Привет, Андрей!" şousunun qonağı olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Россия 1" kanalında yayımlanan proqramda müğənni sovet dövrünün məşhur vokal instumental ansamblı "Красные маки"nin solistləri ilə birlikdə yer alıb. O bildirib ki, 30 ilə yaxındır görüşmürlər.
S.Sərxan Andrey Malaxova onları bir araya gətirdiyi üçün təşəkkür edib. O, hər kəsə Azərbaycandan salamlar çatdırıb.
Müğənni uşaqlığından danışaraq Bakıda avarçəkmə ilə məşğul olduğunu, daha sonra isə gitara ifaçılığına başladığını deyib:
"Bakı sovet dövrünə möhtəşəm ifaçılar bəxş edib:Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu".
S.Sərxan məşhur "Кружатся диски" mahnısını səsləndirib.