Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2022 20:48
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti təqribən 1 000 ABŞ dollarını ötüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, 14 fevral tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) mart fyuçerslərinin qiyməti 1 028,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 13,7% çoxdur.
Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.