Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yaxın saatlarda ayıq-sayıq olun!'' - Avropa əhalisinə xəbərdarlıq

''Yaxın saatlarda ayıq-sayıq olun!'' - Avropa əhalisinə xəbərdarlıq

Tarix: 15 Fevral 2022 23:12

Böyük Britaniyanın baş naziri Boris Consonla Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında telefon danışığı baş tutub.

Borsi Consonun ofisindən verilən açıqlamada Rusiya təhlükəsinin yüksək səviyyədə olduğu bildirilib.

"Ukrayna sərhədindəki ağır vəziyyəti müzakirə edib və dünyanın yaxın saatlarda və günlərdə ayıq-sayıq qalması ilə bağlı razılığa gəlinib.

Baş nazir bu günə qədər sanksiyalar məsələsində yaxın əməkdaşlığa görə sədr Ursula fon der Lyayenə təşəkkür edib və bildirib ki, Böyük Britaniya və Avropa İttifaqı Ukraynanın suverenliyini pozarsa, Rusiyanı cəzalandıracaq iqtisadi tədbirlər paketi üzərində müttəfiqlərlə işləməyə davam etməlidir", - məlumatda deyilir.


Etiketlər:  Yaxın saatlarda ayıq sayıq olun Avropa əhalisinə xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ