Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə yanacaq qiymətləri rekord həddə çatıb

Bu ölkədə yanacaq qiymətləri rekord həddə çatıb

Tarix: 16 Fevral 2022 21:56

Monteneqroda qüvvəyə minən qiymət artımları ilə 95 oktanlı benzinin bir litrinin qiyməti 1,54 avro, 98 oktanlı benzinin 1,58 avro, dizelin bir litrinin qiyməti isə 1,42 avro olub. Bununla da ölkədə yanacaq qiymətləri 2012-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Monteneqro Həmkarlar İttifaqları istehlakçıların hüquqlarını qorumaq üçün yanacağın qiymətindəki artımın dərhal məhdudlaşdırılmasını tələb edib.

Yanacağın qiyməti ilə yanaşı, ilin əvvəlindən Monteneqroda ərzaq qiymətlərində də 30-50 faiz artım olduğu bildirilir.


Etiketlər:  ölkədə yanacaq qiymətləri rekord həddə çatıb


RƏYLƏR