Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2022 00:00
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, Lavrov Türkiyəni Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə konstruktiv və məsuliyyətli cavabın hazırlanmasına töhfə verməyə çağırıb.
"Beynəlxalq gündəliyin əsas mövzuları müzakirə edilib. Lavrov Avropada təhlükəsizliyin uzunmüddətli hüquqi təminatlarının təmin edilməsi üçün Rusiya Federasiyasının təşəbbüslərinin təşviqi istiqamətində aparılan işlər barədə məlumat verib. Nazir Türkiyəni birliyin inkişafına töhfə, Rusiyanın təkliflərinə konstruktiv və məsuliyyətli cavab verməyə çağırıb", - deyə Rusiya XİN-in məlumatında deyilir.