Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident özünü apara bilmir, çox pul ödəyirik - Voronin

Prezident özünü apara bilmir, çox pul ödəyirik - Voronin

Tarix: 17 Fevral 2022 12:26

Moldova Prezidenti Maya Sandu və Nataliya Qavrilitsa hökumətinin birtərəfli qaydada Qərbə yönəlməsi Rusiya ilə münasibətlərin pisləşməsinə və iqtisadiyyatda ciddi problemlərə səbəb olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Moldovanın müxalif "Kommunistlər və Sosialistlər" blokunun həmsədri, keçmiş prezidenti Vladimir Voronin deyib.

"Moldovaya fayda verə biləcək ölkələrlə əməkdaşlıq etməyi bacarmaq gərəkdir. Qərbə birtərəfli istiqamətlənmə faydasız, zərərli oriyentasiyadır, ABŞ-ın göstərişlərinin yerinə yetirilməsi isə sərfəli olmayan yoldur", - Voronin bildirib.

Onun sözlərinə görə, prezident və hökumət Moldovanın neytral ölkə olduğunu unudub. Nümunə kimi o, yüksək qaz qiymətlərinin səbəb olduğu enerji böhranını göstərib:

"Qaz problemini gördük. Kim və necə həll edir, hansı qeyri-peşəkar səviyyədə? Biz prezidentimiz adlandırılan şəxsin hazırlıqsız olduğunu gördük. Ona Krım plaformasında iştirak etmək lazım idi? Ona görə də biz indi min kubmetr qaz üçün 800 dollar ödəyirik. Özünü aparmağı bacarmaq lazımdır".

Milli.Az


Etiketlər:  Prezident özünü apara bilmir çox pul ödəyirik Voronin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ