Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2022 17:10
Müğənni Sevda Sanəliyeva atasının anasını dəfələrlə bıçaqladığını etiraf edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, "Günün sədası" verilişində danışıb. Sevda anası və qardaşının çox əziyyətlər çəkdiyini deyib:
"Atam üçün oğlan övladı qızdan daha üstün idi. Mənim dörd yaşım olub, döyüləcək yaşda deyildim. Ona görə heç döyülməmişəm. Amma anamla qardaşım çox əziyyət çəkib. Hətta atam anamı dəfələrlə bıçaqlayıb. Atamla anam ölənə qədər boşanmadılar. Düzü, bir qadının övladını tək böyütməsi çox çətindir. İndi mən də uşaqlarımı yalnız böyüdürəm".
Sanəliyeva valideynlərinin rəhmətə gedənək boşanmadıqlarını bildirib: "Bir qadının övladını tək böyütməsi çətindir. Mən də uşaqlarımı yalnız böyüdürəm. Atam rəhmətə gedəndə məni çağırdı, əvvəl getmək istəmirdim. Sonra getdim, amma çata bilmədim. Dünyasını dəyişmişdi. Mənə nəsə demək istəyirdi, lakin eşidə bilmədim".