Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2022 21:26
İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqə turniri davam edir.
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov finala yüksəlib. 66 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı ardıcıl olaraq Yevgeni Qonçarko (Ukrayna), Eylon Barşeşet (İsrail) və Martin Qaytero (İspaniya) ilə dueldən qalib ayrılıb. O, yarımfinalda Xerlen Qanbola (Monqolustan) qızıl xal bölümündə ipponla qalib gələrək finala yüksəlib. Nəcəfov qızıl medal uğrunda görüşdə Baruç Şamilovla (İsrail) üz-üzə gəlib. Rəqibinə ipponla uduzan Nəcəfov gümüş medalla kifayətlənib.
Qeyd edək ki, 34 ölkədən ümumilikdə 298 (165 kişi, 133 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq. Son məlumata əsasən, Azərbaycanı yarışda ümumilikdə 10 kişi cüdoçu təmsil etməli idi. Lakin onlardan Rüstəm Orucov (73 kq) koronavirusa yoluxduğu üçün yarışa buraxılmayacaq.