Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2022 14:26
"Milan" futbolçusu Zlatan İbrahimoviçə yeni müqavilə təklif etməyə hazırlaşır.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Sportmediaset" məlumat yayıb. A seriyası təmsilçisi oktyabr ayında 41 yaşı tamam olacaq hücumçuya yeni sözləşmə təklif edəcək. Lakin İbrahimoviç bu müqavilə ilə razılaşsa, onun maaşı əhəmiyyətli dərəcədə azaldılacaq. Belə ki, oyunçu hazırda illik 7 milyon avro məvacib alır. Lakin "Milan" yeni sözləşmə imzalanacağı təqdirdə İbrahimoviçə illik 3 milyon avro əməkhaqqı ayıracaq. Bonuslarla birlikdə isveçli futbolçunun qazancı 5 milyon avroyadak arta bilər.
Qeyd edək ki. İbrahimoviçin "Milan"la hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.