Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müjdələyin, nifrət etdirməyin

Müjdələyin, nifrət etdirməyin

Tarix: 19 Fevral 2022 23:12

Uca Allah peyğəmbər (sav) ona tabe olanlar üçün müjdə və haqq yolundan dönənlər üçün isə əzabla qorxudan olaraq göndərmişdir.
Uca Allah buyurmuşdur:
"Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik. İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
(əl-Ənam, 48)

Həmçinin Uca Allah Qurani Kərimdə , səbr edən və yaxşı işlər görən möminləridə müjdələmişdir.
Mujdələmək, insanları sevdirmək peyğəmbər (sav) sifəti idi.
Buna görədə peyğəmbərimiz (sav) insanların etdikləri yaxşı işlərə görə müjdələyəndə və ya Allahın əzabından qorxuzanda münasib vaxt seçərdi ki, heçkimsə yorulmasın və ya bezməsin.
Peyğəmbərimiz (sav) buyurmuşdur:
" Rahatlaşdırın çətinləşdirməyin, müjdələyin nifrət etdirməyin"(Buxari rəvayət etmişdir).
Peyğəmbərimiz bu mübarək kəlamı ilə bizlərə bildirmişdir ki, insanları dəvət edəndə sıxıntıya soxmayın, yeni dinə gələnlərə qarşı sərt davranmayın və tədricən onlara savab əməlləri öyrədin və günahlardan çəkinməyə çağırın.
Peyğəmbərimiz (sav) insanları yaxşı əməllər etməyə həvəsləndirəndə gözəl üslub seçər və onları mujdələyədi.
Zamanımızda islama dəvət edənlərin ən çox ehtiyacı olanda məhz budur.
Peyğəmbərimiz (sav) buyurmuşdur:
"Gecə qaranlıqda məscidlərə gedənləri , qiyamət günü nur içərisində olmaları ilə müjdələyirəm"(İbn Məca)
Peyğəmbərimiz (sav) günlərində birində əshabləri ilə işa namazını qıldıqdan sonra onlara belə demişdir:
"Sizi müjdələyirəm, Bu sizə Allah tərəfindən bəxş edilmiş nemətdir ki, bu vaxt sizdən başqa heç kimsə ibadətdə deyil"(Buxari)
Əbu Musa əl-Əş`ari demişdir: Peyğəmbərimizndən bu sözləri eşitdikdən sonra evimizə sevinə-sevinə qayıtdıq.

Peyğəmbər (sav) tovhid kəliməsini ( Əşhədu əllə iləhə illəllah) deyən və ona əməl edənləri cənnətlə müjdələyərək buyurmuşdur:
"Sizi müjdələyirəm və sizdə başqalarını müjdələyin.Kim sidq qəlblə Əşhədu əllə iləhə illəllah deyərsə, cənnət daxil olar"
Cəbrayıl (əleyhissalam) bir gün peyğəməbrimiz (sav) belə demişdir:
" Ümmətindən Allaha şərik qoşmayanları cənnətlə müjdələ"(Buxari)
Siz deyin dünya ən xoşbəx insan kim ola bilər?
Peyğəmbərimzin müjdəsini qazanan insanlar yoxsa sadəcə mal dövlətə uyaraq ömürlərini günah içərisində keçirən qafil insanlar.
Ona iman gətirənlərə və ondan qorxanlara Uca Allah belə vəd etmişdir:
"Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur .(Yunus, 64)

Bu qısa sözlərlə özümüzə və sizə bir anlığ Uca Rəbbimizin və onun gözəl peyğəmbəri (sav) müjdəsini xatırlatmaq istədik.
Uca Allah bizləri özünün və peyğəmbərinin müjdəsindən məhrum olan qafil insanlardan etməsin.


Etiketlər:  Müjdələyin nifrət etdirməyin


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR