Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə də Ukraynaya getmək istəyənlərə xəbərdarlıq etdi

Bu ölkə də Ukraynaya getmək istəyənlərə xəbərdarlıq etdi

Tarix: 20 Fevral 2022 10:20

Avstriya Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyəti nəzərə alaraq bu ölkəyə səfər etmək istəyən vətəndaşlara xəbərdarlıq edib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Avstriya vətəndaşlarına ölkənin qərb regionları (Lvov, Transkarpatiya, İvano-Frankovsk və Çernivitsi) istisna olmaqla Ukraynanın digər ərazilərinə səfərdən çəkinmək tövsiyə olunub.

Həmçinin, yuxarıda qeyd edilən qərb regionlarından başqa ərazilərdə olan Avstriya vətəndaşlarına ərazini dərhal mümkün hava və quru yolu vasitəsilə tərk etmək çağırışı edilib.

Bir sıra Avropa ölkələrindən fərqli olaraq, Avstriya hökuməti Kiyevdəki səfirliyin təxliyəsi barədə deyil, əksinə, səfirlik əməkdaşlarının sayının artırılması barədə qərar qəbul edib, səfirlik gücləndirilmiş iş rejiminə keçib.

Avstriya mətbuatında yayılan xəbərlərə görə, Avstriya Hava Yolları (AUA) aktual vəziyyəti nəzərə alaraq fevralın 21-dən Ukraynaya uçuşları müvəqqəti dayandırır.


Etiketlər:  ölkə Ukraynaya getmək istəyənlərə xəbərdarlıq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ