Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2022 16:08
Rusiya ABŞ-ın təhlükəsizlik təkliflərinə cavab olaraq müəyyən məsələlərdə mövqeyini dəyişmək istəmədiyini nümayiş etdirib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Entoni Blinken çıxış edib.
"Rusiya bizim sadiq olduğumuz əsas prinsiplərimizlə əsaslı ziddiyyət təşkil edən mövqe tutmaqda davam edir", - Blinken vurğulayıb.
Blinken qeyd edib ki, təhlükəsizlik dialoqunda müzakirə üçün konkret ideyalar var: "Lakin NATO-nun yeni üzvləri qəbul etməkdən imtina etməsinə gəlincə, cavab "xeyr"dir".
Onun fikrincə, ABŞ və Rusiya qarşılıqlı inam yaratmaq, riskləri azaltmaq və silahlara nəzarət etmək üçün birlikdə işləyə bilərlər.