Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Otuz il meşədə yaşayan yaşlı kişi tapılıb

Otuz il meşədə yaşayan yaşlı kişi tapılıb

Tarix: 21 Fevral 2022 09:44

Sinqapurlu O Qo Senq 30 il meşədə yaşayıb.

O, özünün qurduğu daxmanın yanında saldığı bağçasından tərəvəz sataraq çörək pulu qazanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Sinqapur yüksək həyat səviyyəsinə malik bir ölkə olduğundan meşədən gələn qocanın hekayəsi böyük ictimai rezonansa səbəb olub.

O Qo Senq Milad günü küçədə qeyri-qanuni tərəvəz satışı ilə mşğul olduğu üçün məmurlar tərəfindən saxlanılıb. Hadisə şahidi bu münaqişəni lentə alaraq internetə yerləşdirib. Məsələ ilə Sinqapur parlamentinin üzvü maraqlanıb. Məlum olub ki, yaşlı kişinin ailəsi 1980-ci illərdə yeni göydələnlər tikmək üçün sökülən kənddə yaşayıb. Sakinlər dövlətə məxsus mənzillərə köçürülüb. Lakin O Qo Senq bir müddət sonra ailəsinə yük olmamağa qərar verərək, doğma meşəsinə qayıdıb. O, bambukdan və brezentdən daxma tikib, onun yanında tərəvəz və gül yetişdirməyə başlayıb, onları həm yeyib, həm də bazarda satıb.

Kişinin sözlərinə görə, tənhalıq onu narahat etməyib. Yaşayış yerinin yanındakı hündür ağacın kölgəsi isə onu tropik istidən xilas edib. Yeganə problemi daxmanın parşasını və paltarlarını daim dişləyən siçanlar olub.

O Qo Senq bir müddət əvvəl bərə ilə qonşu İndoneziyanın Batam adasına gedərək orada evlənib və bir qızı olub. Onun meşədə yaşadığını bilən olmayıb. Lakin bir müddət sonra Senq yenidən Sinqapura qayıdıb.

Evsizin əhvalatı ictimailəşdikdən sonra hakimiyyət ona mənzil ayırıb və hazırda Senqə həyat yoldaşı və qızı ilə qovuşmaqda köməklik göstərilir.

Milli.Az


Etiketlər:  Otuz il meşədə yaşayan yaşlı kişi tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ