Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məmuru döyən futbolçular azadlığa buraxıldı

Məmuru döyən futbolçular azadlığa buraxıldı

Tarix: 6 Sentyabr 2019 12:08

Rusiya yığmasının sabiq futbolçuları Aleksandr Kokorin və Pavel Mamayev azadlığa buraxılıb.

Qol.az yerli mətbuata istinadən xəbər verir ki, məhkəmə futbolçuların vaxtından əvvəl azadlığa buraxılması tələbini qəbul edib. Nəticədə futbolçular və Kokorinin qarşadı Kirill şərti azadlığa çıxıb.

Qeyd edək ki, bu şəxslər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunublar. Mayın 8-də keçirilən məhkəmədə Kokorin qardaşlarına 1 il 6 ay, Mamayevə isə 1 il 5 ay həbs cəzası verilmişdi.
 


Etiketlər:  Məmuru döyən futbolçular azadlığa buraxıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ