Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İlhamlı Qələbələr” adlı idman festivalı çərçivəsində stolüstü tennis turniri keçirildi

“İlhamlı Qələbələr” adlı idman festivalı çərçivəsində stolüstü tennis turniri keçirildi

Tarix: 21 Fevral 2022 14:38

44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərə həsr edilmiş "İlhamlı Qələbələr" adlı idman festivalı çərçivəsində fevralın 20-də stolüstü tennis turnirinin açılış mərasimi olub.

Açılış mərasimində respublikamızın Dövlət himni səsləndirilib, şəhidlərimizin, eləcə də Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova, BrendSport rəhbəri Bəhruz Səmədov, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov, qazi Bəhlul Əliyev və digərləri Vətənin müdafiəsi uğrunda şəhid olan qəhrəmanlarımızın yaddaşlarda əbədi yaşayacaqlarını bildiriblər. Qeyd edilib ki, şəhidlik zirvəsinə ucalan cəsur, igid əsgərləri, qəhrəman oğulları Azərbaycanın hər bir vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir.

Turnir "Şüa" idman-sağlamlıq kompleksində baş tutub. Turnir üç qrupda - qazilər, jurnalistlər və ictimaiyyətin tanınmış nümayəndələri arasında təşkil olunub.

Turnirdə aşağıda adları qeyd olunun içtirakçılar mükafat qazanıb:

Qazilər, müharibə iştirakçıları: I yer - Hüseynov Elsəvər, II yer - İsmayılov Fərrux, III yer - Feyziyev Murad və Burziyev Ziyafət. 
Jurnalistlər və tanınmış ictimaiyyət nümayəndələri.  Kişilər:  I yer - Qəmərşahoğlu Rəşad, II yer - Səmıdov Bəhruz, III yer - Əliyev Ceyhun və Piriyev Söhbət. Qadınlar; I yer - Nəsirova Məhluqə, II yer - Ibrahimova Gülzar, III yer - Əliyeva Ülkər və Abıyeva Səbinə.  
Qaliblərə Stolüstü Tennis Federasiyası tərəfindən pul mükafatı və sponsorlardan qiymətli hədiyyələr verilib, "Təşəkkürnamə"lər təqdim olunub.
Bununla da "İlhamlı qələbələr" idman festivalı çərçivəsində keçirilən tennis yarış başa çatıb. Qeyd edək ki, bundan başqa festival çərçivəsində  peyntbol, güllə atıcılığı və şahmat turnirlərinin təşkili də planlaşdırılıb.

Milli.Az


Etiketlər:  İlhamlı Qələbələr adlı idman festivalı çərçivəsində stolüstü tennis turniri keçirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ