Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19-un səbəb olduğu inanılmaz xəstəlik

COVID-19-un səbəb olduğu inanılmaz xəstəlik

Tarix: 21 Fevral 2022 22:30

Rusiyalı immunoloq Nikolay Kryuçkov və osteopat Aleksandr Yevdokimov bildiriblər ki, COVID-19-a yoluxanların qan təzyiqində yüksəlmələr ola bilər.

Sonxeber.net xəbər verir ki, ancaq Kryuçkovun fikrincə, bu, ən çox görülən simptom deyil.

"Damarların, ürəyin və beynin fəaliyyətinin itirilməsi - bütün bunlar hər səviyyədə qan təzyiqinin artması şəklində belə təsirlər verə bilər. Bir insanın piylənmə, şəkərli diabet və ya prediabet xəstəsi olub-olmamasına da baxmalıyıq" - o qeyd edib.

Həkim vurğulayıb ki, koronavirusun oxşar fəsadları ən çox fiziki və psixo-emosional stressə məruz qalmayan, son dövrlər xəstələnən şəxslərdə də müşahidə oluna bilər.

A.Yevdokimov isə vurğulayıb ki, koronavirusa yoluxmuş və təzyiq artımı yaşayan insanlarda ürək-damar xəstəlikləri deyil, onurğa sütununda problemlər yarana bilər. Onun sözlərinə görə, təzyiqin tənzimlənməsində osteoxondroz kimi xroniki xəstəliklər də iştirak edir. (publika.az)


Etiketlər:  COVID səbəb olduğu inanılmaz xəstəlik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ