Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündüz Ukraynada, gecə Polşada - SƏBƏB

Gündüz Ukraynada, gecə Polşada  - SƏBƏB

Tarix: 22 Fevral 2022 09:14

Ukraynada fəaliyyət göstərən amerikalı diplomatlar təhlükəsizlik məqsədi ilə gecəni Polşada keçirəcək, səhər isə Lvova işə qayıdacaqlar.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

"Dövlət Departamenti ABŞ vətəndaşlarının, o cümlədən öz əməkdaşlarının təhlükəsizliyi üçün yeni tədbirlər görür. Təhlükəsizlik məsələsinə görə, Departamentin Lvovda olan heyəti gecəni Polşada keçirəcək. Onlar diplomatik xidmət aparmaq üçün müntəzəm olaraq Ukraynaya gələcək və gecə Polşaya qayıdacaqlar" - deyə Blinken qeyd edib.


Etiketlər:  Gündüz Ukraynada gecə Polşada SƏBƏB


RƏYLƏR