Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2022 18:50
Türkiyəli məşhur müğənni Ferhat Göçer Bakıda olub.
Milli.az xəbər verir ki, Xəzər TV-də yayımlanan "Şourum" proqramında şəhərin dəbdəbəli məkanlarından birində konserti olan sənətçinin əvvəl yerli mətbuata müsahibə verəcəyi bildirilib.
Lakin Ferhat jurnalistlərə görünmədən səhnəyə çıxaraq konsert verib. Bundan sonra Göçerin musiqili proqramı yekunlaşıb.
Səhnədən texnikalar çıxarılıb. Hətta zibillər belə atılıb. Dörd saatdan sonra Fərhat jurnalistlərə müsahibə vermək qərarına gəlib. Yerli kanalların mikrofonuna danışan
Göçer media əməkdaşlarından üzr istəyib.
Qeyd edək ki, ifaçının konsert biletləri 200-600 AZN aralığında olub.
Daha ətraflı süjetdə: