Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dinamo''da ''Qarabağ''dan tanıdığımız Mahir Emreli var'' - Lopeteqi

''Dinamo''da ''Qarabağ''dan tanıdığımız Mahir Emreli var'' -  Lopeteqi

Tarix: 24 Fevral 2022 07:36

"Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi Avropa Liqasının pley-off mərhələsinin "Dinamo" ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin hücum xəttindən danışarkən Zaqreb klubunun yeni transferi, millimizin hücumçusu Mahir Emrelini də xüsusi vurğulayıb:

"Biz "Dinamo"nun potensialına bələdik. Mislan Orşiçin bir il əvvəl "Tottenhem"lə oyunda het-trik etməsini xatırlayırıq. Təkcə Orşiç deyil, Petkoviç, Yuriç, "Qarabağ"dan tanıdığımız Mahir Emreli var. Bu hücumçuların böyük potensialı var. "Dinamo"nun oyunu necə quracağına dair aydın təsəvvürlərimiz var. Rəqib nə dərəcədə ciddi komanda olduğunu ilk matçda göstərdi. Sabah hər şey daha da çətin olacaq".

Qeyd edək ki, bu gün keçiriləcək "Dinamo" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandaların İspaniyadakı ilk görüşündə Zaqreb təmsilçisi 1:3 hesabı ilə uduzub.


Etiketlər:  Dinamoda Qarabağdan tanıdığımız Mahir Emreli Lopeteqi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ