Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 08:27
Traxoma - konyuktivanın xroniki dənəvarı, infeksion xəstəliyidir .Traxoma yunanca trachus sözündən olub nahamar deməkdir. Bu zaman konyuktiva nahamarlaşdığı üçün traxoma adını almışdır.
Simptomları:
Traxomanın kliniki gedişində 4 dövr ayırd edilir.
1. Traxoma I-bu dövrdə konyuktiva infiltpatlaşır, hiperemiyalaşır. Konyuktiva üzərində üst göz gapağı və üst tağ konyuktivasında follikullar əmələ gəlir. Bunlar sarımtraq-çəhrayı rəngdə olub, qeyri-müntəzəm düzülür.
2. Traxoma II-burada konyuktivanın hiperemiyası və infiltrsiyası bir az da artır. Bir hissəsi degenerasiyaya uğrayaraq çapıqlaşır.
3. TraxomaIII-Bu mərhələdə koyuktivanın infiltrasiyası daha da dərinləşir. Follikulların əksəriyyəti çapıqla əvəz olunur.
4. Traxoma IV-B u mərhələdə bütün dənəciklər çapıqla əvəz olunur. Konyuktivanın infiltrasiyası isə sorulur. Göz qapağı konyuktivasının çapıqlaşması ilə əlaqədar olaraq, qığırdaq əyilib göz almasına doğru çevrilir, göz qapaqlarında içəriyə çevrilmə baş verir. Belə xəstələrdə göz yaşı kanalının katarlı və ya da irinli iltihabı təsadüf olunur
Müalicəsi:
Müalicəsində müxtəlif antibiotiklərdən, kimyəvi preparatlardan və s. istifadə olunur.
Profilaktikası:
Profilaktikasında xəstənin yaşayış şəraitinin, maddi və mənəvi səvyyəsinin böyük əhəmiyyəti vardır. Profilaktika məqsədilə, ilk növbədə əhalini müayinə edərək traxomalı xəstələri siyahiya almaq, sonra isə xəstələrin müalicəsini müntəzəm şəkildə aparmaq lazımdır.