Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 08:36
Ukrayna ətrafında hadisələrin inkişafı Qərblə Rusiya arasında yeni soyuq müharibənin başladığından xəbər verir.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu amerikalı siyasət analitik, "Eurasia Group" beynəlxalq tədqiqat, konsaltinq şirkətinin təsisçisi və prezidenti İen Bremmer deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin həmvətənlərinə müraciətində səsləndirdiyi qərarlar Moskvanın Ukrayna ətrafında gərginliyin kəskin birtərəfli eskalasiyasını ifadə edir:
"Söhbət genişmiqyaslı birtərəfli eskalasiyadan gedir. Moskvanın addımlarına cavab olaraq ABŞ və Avropa güclü həmrəylik nümayiş etdirir. Rusiya ilə ikinci soyuq müharibə başladı".