Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada dolların məzənnəsi 110 rublu ötdü

Rusiyada dolların məzənnəsi 110 rublu ötdü

Tarix: 24 Fevral 2022 11:36

Rusiyanın əksər valyuta mübadiləsi məntəqələrində ABŞ dollarının satış məzənnəsi 110 rublu keçib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, məntəqələrin əksəriyyəti 1 dolları 110 rubldan artıq qiymətə təklif edir, bəzi mübadilə məntəqələrində isə dolların kursu 119-121 səviyyəsində müəyyən edilib.

Hazırda Rusiyanın əsas sistem əhəmiyyətli bankı olan "Sberbank" öz mobil əlavəsində dolların məzənnəsini 101,8 rubl səviyyəsində müəyyən edib.

Qeyd edək ki, fevralın 24-nə keçən gecə Rusiya Prezident Vladimir Putin Donbassda xüsusi əməliyyatın başlandığını elan edib. Bu fonda Rusiyanın bütün aktivləri çöküb, eyni zamanda neft qiymətləri tədarükün kəsilməsi qorxusu səbəbindən bir barel üçün 100 dollardan yuxarı qalxıb. Moskva Birjası bütün bazarlarda ticarəti dayandırıb.

Dollar-rubl cütlüyündə ticarət 84,07 rubl (+3,59%) səviyyəsində (altıillik maksimum), avro-dollar cütlüyündə ticarət 95,24 rubl (+3,86%) səviyyəsində dayanıb. Daha sonra rublun məzənnəsi Moskva birjasının müəyyən etdiyi həddə düşdüyü üçün ticarət dayandırılıb.


Etiketlər:  Rusiyada dolların məzənnəsi rublu ötdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ